Türkiyənin Adıyaman bölgəsində yük maşını ilə mikroavtobus toqquşub. Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib. Hadisə yerinə təcili yardım və yanğınsöndürənlər sövq edilib. Hadisə yerinə gələn qruplar tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralı İ.Z.-yə Kahta Dövlət Xəstəxanasına aparılıb. Müalicə üçün xəstəxanaya aparılan İ.Z-ni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və həyatını itirib. Qəza ilə bağlı araşdırma aparılır.