AZ

Ərdoğan onunla danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 27-də Ankarada Somali Federativ Respublikasının lideri Hasan Şeyx Mahmudla görüşüb.

Publika.az xəbər verir ki, Prezident Kompleksində mətbuata qapalı keçirilən danışıqlarda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak ediblər.

İkitərəfli əlaqələrin dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyə-Somali münasibətləri Prezident Ərdoğanın 2011-ci ildə Moqadişuya səfərindən sonra aktiv şəkildə inkişaf etməyə başlayıb.

Seçilən
212
2
publika.az

3Mənbələr