Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada somalilihəmkarı Həsən Şeyx Mahmudla görüşüb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə PrezidentAdministrasiyasının Kommunikasiyalar İdarəsi xəbər verib.
Məlumata əsasən, dövlət başçıları ikitərəfli münasibətlərinvəziyyətini, həmçinin regional və beynəlxalq məsələləri müzakirəediblər
Söhbət zamanı prezident Ərdoğan Türkiyənin Somalinin sülh,təhlükəsizlik və ərazi bütövlüyünə böyük əhəmiyyət verdiyinivurğulayıb. Türkiyə prezidenti bildirib ki, Ankara Somali iləEfiopiya arasında daimi sülh və sabitliyin bərqərar olmasıprosesinə kömək etməyə davam edəcək.
R.T.Ərdoğan Türkiyənin terrorizmlə mübarizədə Somali ilə fəaləməkdaşlığı genişləndirmək niyyətini də vurğulayıb. O, Türkiyəninterrorizmlə mübarizədə Somali xalqına davamlı olaraq dəstəkverdiyinə diqqət çəkib.
Bundan əlavə, prezident Ərdoğan Türkiyə ilə Somali arasındaiqtisadiyyat, ticarət, təhlükəsizlik və müdafiə sahələrindəəməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.