AZ

Millimiz son saniyə qolu ilə 1 xal qazandı

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi ötən gün Avropa çempionatının əsas mərhələsində 2-ci oyununu keçirib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, komanda Xorvatiya ilə qarşılaşıb.

Yığmamız son saniyələrdə məğlubiyyətdən qurtulub. Bu, Azərbaycan millisinin əsas mərhələdə qazandığı ilk xal olub.

Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

20:00. Xorvatiya - Azərbaycan - 3:3

Qollar: Leon Ferençek, 2:48, 34:24, İvan Posaveç, 39:48 // Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11, 39:59.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub.

Seçilən
76
3
axar.az

6Mənbələr