AZ

Türkiyənin rəqibləri müəyyənləşdi

Kişilər arasında 2025-ci ildə keçiriləcək basketbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, turnirdə dörd qrupa bölünən 24 milli komanda iştirak edəcək.

Türkiyə yığması A qrupunda Serbiya, Latviya, Çexiya, Portuqaliya və Estoniyaya qarşı mübarizə aparacaq.

Gürcüstan yığması da ilk dəfə nüfuzlu yarışda iştirak hüququ qazanıb.

Qeyd edək ki, ilk mərhələ avqustun 27-dən sentyabrın 5-dək bir neçə ölkədə: Latviya, Finlandiya, Polşa və Kiprdə keçiriləcək. Final mərhələsi isə sentyabrın 6-dan 14-dək Latviyanın paytaxtı Riqada baş tutacaq.

A qrupu: Serbiya, Latviya, Çexiya, Türkiyə, Estoniya, Portuqaliya;

Seçilən
120
1
publika.az

10Mənbələr