Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasının əsas ulduzu Lionel Messi barədə danışıb.
Publika.az xəbər verir ki, mütəxəssis 2026-cı il dünya çempionatında mümkün iştirakı ilə bağlı ona təzyiqlərə son qoymağa çağırıb:
“Görəcəyik, hələ çox vaxt var. Onu rahat buraxın və təzyiq etməyi dayandırın. Milli komanda ilə karyerasını nə vaxt bitirəcəyinə özü qərar verəcək. Onu dəli etməyə ehtiyacımız yoxdur”.