Bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Aşqabadda keçirdiyi mətbuat konfransında deyib. Kallas Aİ ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq istəyinin artdığını vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Kallas gənclər mübadiləsinin inkişafına, biznes və akademik dairələrdə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirib.
AzVision.az