AZ

"Barselona"dan böyükhesablı qələbə

Bu gün La Liqanın 27-ci turundan təxirə salınan "Barselona" - "Osasuna" oyunu keçirilib.   Manset.az xəbər verir ki, görüş "Estadio Olimpiko" stadionunda oynanılıb. Matçda Kataloniya təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Hesabı 11-ci dəqiqədə Ferran Torres açıb. Dani Olmo 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 77-ci dəqiqədə isə Robert Levandovski son nöqtəni qoyub. Bu qələbə sayəsində "Barselona" xallarının sayını 63-ə çatdırıb və liderdir. "Real" 60 xalla 2-ci, "Atletiko" 56 xalla 3-cüdür. "Osasuna" isə 33 xalla 14-cü pillədə qərarlaşır.

Qeyd edək ki, bu görüş əvvəlcə martın 8-də keçirilməli idi. Lakin qarşılaşma "Barselona"nın həkimi Karles Minarro Qarsianın vəfatı səbəbindən təxirə salınmışdı.

Seçilən
81
1
manset.az

3Mənbələr