Cənubi Kiprdə “İnqilabçı Azadlıq Mübarizəçiləri Hərəkatı” adlı yeni terror təşkilatı yaradılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Sondakika” məlumat yayıb.
Təşkilat Türkiyəyə qarşı fəaliyyət göstərəcəyini açıqlayıb və Kipri türklərdən təmizləmək üçün müharibəyə başlayacaqlarını bəyan edib.
Təşkilatın Yunanların Osmanlıya qarşı üsyanının simvolu olan “Atəş və Balta” fiqurlarından simvol kimi istifadə etməsi diqqət çəkib.
Terror təşkilatı Kipr torpaqlarının Türkiyə tərəfindən “işğal edildiyi” iddiası ilə qalmaqallı təbliğat apararaq tərəfdar qazanmağa çalışır. Təbliğatının mərkəzinə Türkiyə əleyhinə ritorikanı qoyan terror təşkilatı ilk dəfə 2024-cü ilin iyulunda adını açıqlamışdı.
Dəniz Pənahova