AZ

Əməliyyatla orqan köçürülən şəxs quduzluğa yoluxub öldü

ABŞ-də orqan transplantasiyası nəticəsində quduzluğa yoluxan şəxs ölüb.

Demokratikmusavat.comxarici KİV-ə istinadla xəbər verir ki, Miçiqan Səhiyyə və İnsan Xidmətləri Departamentindən verilən məlumata görə, xəstə köçürülmüş orqan vasitəsilə quduzluğa yoluxub.

Şəxsiyyəti açıqlanmayan xəstə yanvar ayında vəfat edib. Xəstə Ohayo ştatındakı xəstəxanada orqan transplantasiyası əməliyyatından təxminən bir ay sonra dünyasını dəyişib.

Səlahiyyətlilər xəstənin kimliyini və hansı orqanın transplantasiya edildiyini açıqlamayıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ilə işləyən Miçiqan və Ohayo səhiyyə şöbələri hadisəni araşdırıb. CDC-nin Quduzluq Laboratoriyası da diaqnozu təsdiqləyib.

Səhiyyə orqanları xəstə ilə təmasda olan bütün insanları, xüsusən də tibb işçilərini quduzluq riski baxımından qiymətləndirib. Zəruri hallarda təmasdan sonra qoruyucu tədbirlər görülüb.

Billurə Yunus

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
70
1
Demokratikmusavat.com

5Mənbələr