Türkiyə üçüncü aydır ki, ən azı 2 milyon ton LNG idxal edir. Fevral ayında tədarüklər həcm baxımından rekord qırdı.
Fevralda Türkiyəyə maye qaz idxalı rekord həddə çatıb. Eurostat xəbər verir ki, ölkə 3 milyard kubmetrdən çox qaz alıb ki, bu da bir il əvvəlki səviyyədən demək olar ki, iki dəfə çoxdur.
Qeyd olunur ki, Türkiyə son üç ayda hər ay ən azı 2 milyon ton LNG alır. İlin ikinci ayında respublikanın qaz anbarları 90 faiz dolu olub ki, bu da terminalların orta hesabla üçdə bir yükləndiyi ötən ilki göstəricilərdən xeyli çoxdur.
Bildirilir ki, fevralda Avropada LNG-nin topdansatış qiyməti yanvarda 500 dollardan bir qədər çox olduğu halda, təxminən 550 dollar olub.