Roma Papası Fransisk administrasiyaya qayıdacaq. Manset.az xəbər verir ki, bu barədə Vatikanın dövlət katibi kardinal Pietro Parolin məlumat yayıb. "Mən davamlı olaraq, "Papa üçün onun tam sağalması və kilsənin rəhbərliyinə qayıtması üçün dua edirəm" mesajları alıram. Bəlkə də əvvəlki kimi deyil, fərqli yollar tapmalı olacağıq. Amma düşünürəm ki, o, bunu edə bilər”. Qeyd edək ki, Roma Papası Fransisk fevralın 14-də ağır bronxit diaqnozu ilə Romadakı Gemelli xəstəxanasına yerləşdirilib. Ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və 38 günlük müalicədən sonra martın 23-də evə buraxılıb.