AZ

İlon Mask: Bu olmasa, ABŞ batacaq

ABŞ dövlət aparatının və büdcə xərclərinin azaldılması istiqamətində aparılan işlər uğurlu alınmasa, o zaman Amerika batacaq.

Azreform.info xəbər verir ki, bunu ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask deyib. 

O bildirib ki, Amerikanı xilas etmək üçün dövlət xərclərini 1 trilyon dollara qədər azaltmaq niyyətindədir. 

"Bu, inqilabdır. Məncə, bu, hökumətdə ən böyük inqilab ola bilər. Bunun sonunda Amerika daha yaxşı vəziyyətdə olacaq... Əgər uğur qazanmasaq, Amerika adlı gəmi batacaq", - Mask “Fox News”a müsahibəsində deyib. 

Mürtəza
Azreform.info

Seçilən
56
3
azreform.info

5Mənbələr