AZ

Tramp Baydenin kadrlarından xilas olmaq istəyir - Abutalıb Səmədov

Yazını böyüt
Yazını kiçilt

“ABŞ-ın yeni prezidenti fəaliyyətə başlayandan sonra bir sıra ölkələrdə öz səfirlərini dəyişdirib. Bu, Trampın keçmiş prezident Baydenə olan münasibəti ilə bağlıdır. Tramp Baydeni Amerikanın ən uğursuz prezidenti sayır və onun kadrlarından xilas olmaq istəyir”.

Bunu hafta.az-a siyasi şərhçi Abutalıb Səmədov ABŞ-ın Ermənistandakı səfirinin öz vəzifəsindən geri çağırılması, onun məhkəmə qarşısına çıxarılacağı, Ermənistana neytral mövqe sərgiləyən səfir təyin ediləcəyi və Cənubi Qafqaz siyasətində seçəcəyi siyasi konturlarla bağlı şərhində bildirib.
A.Səmədov qeyd edib ki, səfirlər ABŞ milli təhlükəsizlik siyasıtində mühüm yer tutan diplomat korpusudur. O, hesab edir ki, məhz bu səbəbdən də ABŞ-ın Ermənistandakı səfirini dəyişdirməsində qeyri-adi heç nə yoxdur.

“Bu yaxınlarda ABŞ-ın Türkiyədə fəaliyyət göstərən səfiri də dəyişdirildi. Bu baxımdan neytral bir insanın səfir təyin olunacağı barədə informasiya inandırıcı görünmür”.

Ekspert Trampın təyin etdiyi səfirlərin getdiyi ölkələrə yaxşı münasibət bəsləyən diplomatlar olduğunun müşahidə edildiyini deyib.

“ABŞ həm Ermənistana, həm də Azərbaycana yaxşı bələd olan, onlarla yaxşı münasibət qura bilən insanları səfir təyin edəcək və burada neytrallıq tələbi ehtimalı yerinə düşmür. Təbii ki, ABŞ Cənubi Qafqaz siyasətini dəyişib. Tramp Baydenin keçmiş sovet ölkələrinə qarşı yeritdiyi siyasəti yanlış sayır. Hesab edir ki, Ukrayna-Rusiya müharibəsinin kökündə Baydenin Sovet İttifaqına daxil olan respublikalarda yeritdiyi yanlış siyasət dayanır. Açıq şəkildə bəyan edir ki, Bayden Putini aldatdı. Və deyir ki, müharibəni Bayden başladı. Halbuki, müharibəni Putin başlayıb”.

A.Səmədov eyni zamanda bildirib ki, Cənubi Qafqaz siyasətində dəyişikliklər Donald Trampı narahat edən məsələlərin düzəldilməsi ilə bağı ehtimallar ola bilər. Onun fikrincə, Paşinyanın Vaşinqton səfərinin uğursuzluğu onu göstərir ki, Tramp Ermənistanla strateji tərəfdaş kimi davranmaq fikrində deyil.

Seçilən
321
50
hafta.az

10Mənbələr