AZ

Milli QHT Forumunun sədri BMT sessiyasında Fransanın Əlcəzairdə törətdiyi cinayətlərdən danışıb - VİDEO

Fransa Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının nəticələrinə görə tam tarixi və hüquqi məsuliyyəti öz üzərinə götürməlidir.
APA zəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti sədri Ramil İskəndərli BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə davam edən 58-ci sessiyasının Irqi ayrıseçkiliklə bağlı növbəti plenar iclası çərçivəsində keçirilən ümumi debatlarda video-müraciəti zamanı deyib.
"Bütün əlaqədar sənədlər tam açıqlanması, radioaktiv tullantıların basdırıldığı yerlərin müəyyən edilməsi, çirklənmiş ərazilərin ekoloji reabilitasiyası və zərərçəkənlərə ədalətli kompensasiya ödənilməsi, onların adekvat tibbi xidmət və dəstəyə çıxışının təmin edilməsini həyata keçirilməlidir", o qeyd edib.

Seçilən
131
apa.az

1Mənbələr