AZ

“Ehtiram bəy böyük dəstək verir” – AFFA-nın baş katibi

Bu gün Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimi keçirilib.

Mərasimdə AFFA-nın baş katihi Cahangir Fərəcullayev çıxış edib:
“Hər kəsi salamlayıram. Vacib tədbirdi. Davamı gəlsin. Belə tədbirlər, hadisələr bundan sonra da olacaq. İlk Tovuzda baş verdi. Ehtiram bəy böyük dəstək verir. Hər birinizi təbrik edirəm və Azərbaycan futbolu üçüb xeyirli olsun”.

Ardından “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev çıxış etdi:
“Bu gün bölgə futbolu adına əlamətdar gündü. Bizdən qabaq insanlar stadionun tikintisində şəxsi vəsaitlərindən istifadə ediblər. Biz də bu zəncirdə öz halqamızı qoyduğumuza görə xoşbəxtdik. Ali Baş Komandanın idmana göstəridiyi qayğı hamınıza məlumdu. Biz də öz növbəmizdə onun planlarının davamını gətiririk. AFFA-ya təşəkkür edirəm. Bayram günlərində bizə vaxt ayırıblar. Azərbaycan futboluna xeyirli, uğurlu olsun”.
Seçilən
112
football-plus.az

1Mənbələr