Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən “Changan” markalı maşının sürücüsü Ramin Bayramovun avtomobilinə həmin yolda motosikletlə hərəkətdə olan sürücü Tahir Əkbərov çırpılıb.
Nəticədə motosikletin sürücüsü Şamaxı rayon sakini 1953-cü il təvəllüdlü Əkbərov Tahir Seyyid oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu