AZ

Kürdəmirdə yol qəzasında bir nəfər öldü

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, Ramin Bayramovun idarə etdiyi Canqam markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Tahir Əkbərovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.//APA

Seçilən
73
3
konkret.az

3Mənbələr