AZ

Azərbaycanda dəhşət: Əmisi 11 yaşlı qıza təcavüz etdi

Azərbaycanda kişi qardaşının 11 yaşlı qızını zorlayıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə paylaşım edib.
Vəkil qeyd edib ki, azyaşlının atası tez-tez səfərlərdə olduğu üçün övladını məktəbə və hazırlığa aparması barədə taksi fəaliyyəti ilə məşğul olan qardaşı ilə razılaşma əldə edib. Kişi buna görə qardaşına aylıq pul ödəyirmiş.
Müəyyən müddətdən sonra uşaq dərman içib intihara cəhd edib. Lakin o, həkimlərin müdaxiləsi nəticəsində sağ qalıb. Valideynlər bunun səbəbini soruşanda qız sirrləri açıb danışıb.
Bildirib ki, əmisi müəyyən müddət imiş ki, ona hədə-qorxu gələrək qeyri-təbii yollarla zorlayırmış. Qızı bunu valideynlərinə deyəcəyi təqdirdə onları da öldürəcəyini deyib hədələyirmiş.
Belə olan halda azyaşlı çıxış yolunu intiharda görüb.
Vəkil bildirib ki, məsələ ilə bağlı pokurorluğa məlumat veriblər: “Əməliyyat keçirildi və pedofil həbs edildi”.
Seçilən
126
10
heftelik.az

10Mənbələr