Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən tariflərin qismən ləğvinə nail olmaq üçün etməyə hazır olduğu güzəştlərin siyahısını hazırlayır.
“Azreform.info ” xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Agentlik xatırladır ki, ABŞ hakimiyyəti aprelin 2-dən sonra rüsumları artıra bilər. Bu həftə Vaşinqtonda keçirilən görüşlərdə Aİ rəsmilərinə bildirilib ki, avtomobillərə yeni tariflər və sözdə qarşılıqlı rüsumlar qaçılmazdır və gələn həftə qüvvəyə minəcək.
Avropa Komissiyası ABŞ-la ticarət tarifləri üzrə danışıqların əsas istiqamətlərini, o cümlədən öz tariflərinin azaldılması, ABŞ-la qarşılıqlı investisiyalar və bəzi tənzimləyici norma və standartların yumşaldılmasını nəzərdə tutan sənəd hazırlamağa başlayıb.(Report)