AZ

PAŞİNYANIN YENİ "QƏRB OYUNU" KREMLDƏ ŞOK EFFEKTİ YARATDI - Rusiya Ermənistana "ağır zərbə" mesajı verdi

Avropa Birliyi Ermənistanı növbəti geopolitik səhvə məcbur etdi...

Kreml rəsmi İrəvana "iki stulda oturmaq" imkanı verilməyəcəyininə  yönəlik xəbərdarlıq etdi...

Cənubi Qafqaz regionunda qeyri-müəyyən situasiya yaranıb. Rusiyanın bu regionda mövqeləri ciddi şəkildə zəifləsə də, Kremlin Cənubi Qafqaza təsir mexanizmlərinin tamamilə sıfırlamdığını iddia etmək də mümkün deyil. Hər halda, Rusiyanın həm Gürcüstan, həm də Ermənistan üzərində geopolitik müdaxilə faktorları real təsirə malikdir. Və son vaxtlar Ukrayna savaşı ətrafında yaranmış yeni situasiyanın Rusiya üçün müəyyən manevr imkanları açması isə Kremlə Cənubi Qafqazda əvvəlki mövqelərə iddia imkanları açır.

Onu da qeyd etmək lazımdır ki, mövcud situasiyadan ən çox məyusluq keçirən, ciddi narahat olan region ölkəsi Ermənistan sayıla bilər. Çünki məhz rəsmi İrəvan ənənəvi hərbi müttəfiqi Kremlə arxa çevirib, Ermənistana Qərbdə daha sərfəli "təhlükəsizlik çətiri" axtarışına çıxmışdı. Üstəlik, Paşinyan hakimiyyəti Rusiyadan "qaçış" planını məhz Kremli qıcıqlandıracaq məzmun və keyfiyyət yükləmişdi. Və rəsmi İrəvanın Rusiyaya yönəlik davranışlarında hətta Kremlə açıq-aşkar meydan oxumaq həvəsi müşahidə edilirdi.

Seçilən
145
50
azpolitika.info

10Mənbələr