Ermənistan parlamentinin deputatları Ovik Aqazaryan və Taron Marqaryana qarşı ittihamlar irəli sürülüb.
"Ölkə.az" APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Cinayət Məhkəmələrinin mətbuat katibi Liana Rafaelyan deyib.
Qurumdan o da bildirilib ki, hər iki parlamentari barəsində yaşadığı yeri tərk etməmək haqqında iltizam tədbiri seçilib.