AZ

Hadisə Ağsuda ağır qəza: 8 nəfər xəsarət aldı

Ağsuda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.Az xəbər verir ki, ilkin məlumata əsasən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisə zamanı Salmanova Elminaz, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov xəsarət alıblar.

Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir. DİN-İN Şəki regional qrupundan verilən məlumata görə faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır. /APA

Seçilən
118
17
hurriyyet.az

10Mənbələr