Türkiyəli məşhur müğənni İrem Dericinin səhhətində problem yaranıb.
Paralel.az xəbər verir ki, tez-tez başgicəllənmə halları ilə üzləşən müğənni xəstəxanaya yerləşdirilib.
Hazırda müalicə alan ifaçının bu səbəbdən konsertini də təxirə saldığı bildirilir.
İrem Dericinin ard-arda verdiyi konsertlərin tempinə dözmədiyi üçün xəstələndiyi deyilir.