AZ

Dağıstanda qadın öz dəfnindən əvvəl "dirildi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Dağıstan Respublikasında qadın öz dəfnindən əvvəl oyanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tut Dagestan" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, qadın özünü pis hiss edib və huşunu itirib, yaxınları isə onun öldüyünü düşünüb. Lakin o, yuma mərasimi zamanı qəfildən gözlərini açıb.
Qadın xəstəxanaya yerləşdirilib. Həkimlər ona "Lazar sindromu" diaqnozu qoyublar ki, bu, ürəyin dayanmasından sonra qan dövranının özlüyündən bərpa olunduğu nadir haldır. Bu fenomenin adı Lazarın dirilməsi ilə bağlı "Bibliya" hekayəsindən qaynaqlanır.
Lakin ilkin diaqnoza baxmayaraq, hələlik bu hadisənin rəsmi təsdiqi yoxdur.
Seçilən
102
50
oxu.az

10Mənbələr