AZ

Rusiyanın dövlət borcu iki ildə 45 faiz artdı

Yazını böyüt
Yazını kiçilt

Rusiyada fərdi borc yükü sürətlə artır. Mərkəzi Bankın 2024-cü ildə 38 yaşayış məntəqəsində 6 min ailə ilə apardığı araşdırmaya görə, ölkədə hər beş ailədən birinin müxtəlif növ maliyyə öhdəlikləri var. Bunlara banklar, mikromaliyyə təşkilatları, lombardlar və özəl kreditorlar daxildir. Orta borcun məbləği iki il ərzində 45 faiz artaraq 788 min rubla (9300 dollar) çatıb.

Hafta.az-ın “Moskovskiy Komsomolets”ə istinadən yazdığına görə, iştirakçıların 5,4 faizi mənzil krediti, 1 faizi nəqliyyat vasitəsi krediti, 10 faizi istehlak krediti və ya mikro kredit, 6,4 faizi kredit kartı borcu, 3,2 faizi fiziki şəxslərə borcludur. Xüsusilə mənzil kreditlərində orta borc məbləği 2 milyon rublu keçdiyi halda, kredit kartı borcları son iki ildə 54 min rubldan 70 min rubla yüksəlib.

Mütəxəssislərin fikrincə, bu artımın əsas səbəblərindən biri istehlakçı gəlirlərinin artmasının yaratdığı xərcləmə tendensiyasıdır. Bundan əlavə, ipoteka və avtomobil sənayesini dəstəkləyən dövlət təşviq proqramları da borc almağı təşviq etdi. Rusiya Elmlər Akademiyasından iqtisadçı İqor Nikolaev bildirir ki, 2022-ci ildən sonra yaranan gecikmiş istehlak tələbi kredit yükünü qısa zamanda artırıb.

Bununla belə, bəzi iqtisadçılar gəlir artımının uzunmüddətli perspektivdə dayanacağı təqdirdə risklərin arta biləcəyi qənaətindədir. Maliyyə analitikləri xatırladırlar ki, ev təsərrüfatlarının borcu hazırda Rusiya ÜDM-nin 25 faizinə çatıb, hansı ki, 2021-ci ildə bu nisbət 20 faizdən aşağı olub.

Seçilən
210
45
hafta.az

10Mənbələr