"Bayern" əfsanəvi hücumçusu Tomas Müller ilə müqaviləni yeniləməyəcək.
Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, iki mərhələli danışıqlardan sonra futbolçunun yeni müqavilə təklifi almayacağı məlum olub. Bu, o deməkdir ki, Münhen klubunun 35 yaşlı kapitanı mövsümün sonunda komandanı tərk edəcək. Çünki onun mövcud müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm Müller 31 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.