AZ

Premyer Liqa: XXVIII turun açılış oyununda azarkeş rekordu qeydə alınıb

Bakı. Trend:

Misli Premyer Liqasının XXVIII turunun açılış matçını, “TuranTovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.

Trend xəbərverir ki, bu, Qərb təmsilçisi üçün çempionatdakı yenirekorddur.

2022/2023 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubununev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalardarekord 6000-ə bərabər idi.

Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də(2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0)“Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib.

Məqalədə:
Seçilən
63
9
az.trend.az

8Mənbələr