Rusiya qoşunları bir neçə bölgəni Ukrayna ordusundan azad edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Qətiyyətli addımlar nəticəsində Cənub Qüvvələr Qrupunun bölmələri Panteleimonovka qəsəbəsini azad edib. "Dnepr" hərbi qrupunun bölmələrinin fəal və qətiyyətli hərəkətləri nəticəsində isə Zaporojya vilayətinin Şerbaki kəndi azad edilib", - deyə məlumatda bildirilib.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri, general-leytenant Apta Alaudinovun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində üç yaşayış məntəqəsini əlində saxlayır.