"Max Tech" "YouTube" kanalının müəllifi yeni "iPhone 17 Air" haqqında təfərrüatları, məhsuldakı əsas dəyişiklikləri açıqlayıb.
Publika.az xəbər verir ki, qurğunun dizaynında əsas dəyişiklik kamera üçün bir qədər "Pixel 9 Pro" həllini xatırladan horizontal panel olacaq. Smartfonun qalınlığı cəmi 5,5 mm-dir ki, bu da şirkətin tarixində ən nazik "iPhone" olacaq. Eyni zamanda, "iPad Pro M4" 5,3 mm korpus qalınlığı təklif edir.
Qurğunun ekranı 6,6 düym diaqonallı olacaq və bütün "iPhone 17" seriyalı smartfonlar 120 Hz təzələnmə tezliyi ilə "ProMotion" funksiyasını alacaq. Smartfon həmçinin "MagSafe" maqnitsiz simsiz enerji doldurma texnologiyasını dəstəkləyəcək.
Bundan başqa, "iPhone 17 Air" 2x “daxili sensor” böyütməni dəstəkləyən 48 MP-lik bir arxa kamera və 24 MP-lik ön kamera ilə təchiz olunacaq.