ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının ən böyük donorlarından biri olan neft maqnatı Harri Sargentin (Harry Sargeant) şirkətinə Venesuelanı tərk etməyi əmr edib.
Marja.az-ın məlumatına görə, Harry Sargeant ABŞ və Venesuela arasında münaisibətləri yaxşılaşdırmaq üçün lobbiçilik edirdi.
WSJ xəbər verir ki, Sargeant-a məxsus "Global Oil Terminals", "Chevron"un keçən ay oxşar bildiriş almasından sonra Venesuelada fəaliyyət göstərmək üçün lisenziyasını itirmiş ikinci ABŞ neft şirkəti olub.
Hər iki şirkət mayın 27-dək fəaliyyətini dayandırmalıdır.
Məlumata görə, Sargeant Venesuelada ABŞ-ın kommersiya fəaliyyətini dərinləşdirməyə yönəlmiş sövdələşmələrə kömək edib. Sargeantın şirkəti Venesuelada dünyanın ən böyük neft və qaz ehtiyatlarına sahibdir.
WSJ tərəfindən görülən və "Global Oil"a göndərilən məktubda Xəzinədarlıq Departamenti Venesuela qurumlarına bütün ödənişlərin çərşənbə gününə qədər tamamlanmalı olduğunu qeyd olunur.
Tramp bu həftə ABŞ-ın Venesuela neftini alan istənilən ölkəyə 25 faizlik rüsum tətbiq etməyə başlayacağını bildirən bir fərman verib.
Hindistanın "Reliance Industries" şirkəti də daxil olmaqla Venesuela xam neftinin alıcıları geri çəkilməyə başlayıblar. "Repsol" və "Shell" kimi Avropa neft şirkətlərinin Venesuelada fəaliyyət göstərmək üçün ABŞ-ın icazəsini itirib- itirmədiyi hələlik bəlli deyil.