“Sərhədçi”nin basketbolçusu Milenko Velikoviç açıqlama verib.
Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Velikoviç bunları deyib:
“Bir neçə gün istirahət etdik, bu, əvvəlki dövrdə sıx iş qrafikimizə malik olduğumuz üçün faydalı oldu. Düşünürəm ki, bu həftə yaxşı məşq etdik, bir az zədə problemimiz oldu, amma bu da arxada qaldı.
Ümid edirəm ki, hazırıq, son bir neçə oyunda gözlənilən nəticəni əldə edə bilməmişik. Növbəti matçlar bizim üçün çox önəmlidir, müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Əlbəttə ki, çoxlu məğlubiyyətlər almaq asan deyil, çünki qarşıda da çox oyun qalmayıb. Biz əlbəttə ki, əlimizdən gələni edəcəyik. Qarşıdakı oyunlarda müdafiədə və itirilmiş toplarda səhvləri azaltmağa, üstünlüklərimizdən istifadə etməyə və oyunumuzu tətbiq etməyə çalışacağıq”.