AZ

Mehdiqulu müəllim 33 nömrəli məktəbin direktorudur, ya fermerdir?

Neçə müddətdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzdindəki təhsil ocaqlarının ağlamalı halından bəhs edən faktlar yerli KİV-ləri bəzəsə də, nədənsə hələ də aidiyyatı qurumların gərəkən reaksiyası görünmür.

Demokratikmusavat.com "Dia.az" istinadən bildirir ki, doğrudur, ara-sıra baş qatmaq üçün Elm və Təhsil Nazirliyindən yoxlamalar gəlir... Amma həmin yoxlamalar gəldikləri kimi də yola salınır... daha dəqiqi, cib dolusu...

Məhz elə buna görədir ki, bu gün əsasən Abşeron və Sumqayıt məktəbləri elə bazar kimi idarə olunur. Necə deyərlər balıq başdan iylənər...

Amma bu da hamısı deyil. Elə məktəb var ki, hətta bazar nədir... LAP FERMA kimi idarə olunur. Bu barədə "DİA-AZ"a gileylənən valideynlər iddia edir ki, hazırda Sumqayıt şəhər 33 nömrəli məktəbinin direktoru vəzifəsini tutan Mehdiqulu Aslanov əslində bir fermerdir.

Valideynlər yazır: "Mehdiqulu müəllim işinin başında az tapılıb və əsas gücünü İmişlidəki fermasına ayırır. Vaxtının çoxunu fermasında, təsərrüfatının başında keçirdiyindən məktəbə də diqqət ayıra bilmir. Diqqət ayıranda da məktəbi ferması ilə qarışıq salır, məktəbi elə ferması kimi idarə edir.

Hər halda nazirlikdə oturanlar bu məsələyə diqqət ayırmalıdırlar. Əgər bir təhsil işçisi, xüsusən də tədris ocağının rəhbəridirsə, özünün əsas enrjisini tamam fərqli sahəyə yönəldirsə, onun şələ-şüləsini qoltuğuna vermək, fermasına yollamaq lazımdır.

Əks halda durum belə olacaq. Yəni Sumqayıtın 33 nömrəli məktəbində olduğu kimi. Bugün bu məktəbin fermadan fərqi yoxdur..."

Qeyd edək ki, Mehdiqulu Aslanov daha əvvəl Sumqayıt şəhər 25 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb. Elə oralarda da sinif otaqları gül qoxumayıb...

Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
112
4
Demokratikmusavat.com

5Mənbələr