Bakı. Trend:
Aprelin 3-də Belqradda UEFA-nın Konqresikeçiriləcək.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, tədbir zamanı qeyri-rəsmisöhbətlərdə Avropa futbol rəsmilərinin rusiyalı həmkarları iləRusiya milli komandaları və klublarını beynəlxalq arenaya necə vənə vaxt qaytaracaqlarını müzakirə edəcəkləri gözlənilir.
KİV-lər Rusiyanın beynəlxalq futbol oyunlarında iştirakına icazəverilməsi üçün atılan addımlar barədə məlumat yayıb. Rusiya Futbolİttifaqının rəhbəri Aleksandr Dyukovun sözlərinə görə, belə birqərar artıq bu il verilə bilər.
Qeyd edilir ki, Rusiya komandalarına qarşı “futbol” sanksiyalarıyalnız “gözlənilən atəşkəsdən” sonra ləğv ediləcək. Hər halda,yüksək rütbəli idman rəsmiləri artıq Rusiyanın təkcə futbola deyil,digər idman növlərinə də qayıtması üçün yol xəritəsi üzərindəişləyirlər.