AZ

“Traktor” “Aluminium Arak”ı tək qolla yendi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 24-cü tur çərçivəsində “Aluminium Arak”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0. 41-ci dəqiqədə Mehdi Torabinin vurduğu qol təbrizlilərə qələbə gətirib.

“Traktor” hazırda 23 oyuna topladığı 51 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 23 oyunda 16 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını aprelin 2-də evdə “İstiqlal”a qarşı keçirəcək.

Seçilən
92
1
arena.az

2Mənbələr