19 yaşadək futzalçılardan ibarət millimiz bu gün Avropa çempionatının əsas mərhələsində növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, İlqar Aslanovun komandası Türkiyə millisi ilə qarşılaşıb. Yığmamız 1:3 hesabı ilə uduzub. Yığmamız bununla 7-ci qrupda 1 xalla sonuncu olub. Komanda turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, U-19 daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3.
Azərbaycan - Türkiyə - 1:3
Elgün Sadıqlı, 33:20 - Əhməd Köksal, 11:06. Ege Bilim, 17:58. Rəcəb İnanc, 29:10.
Xal durumu: Türkiyə - 7, Bosniya və Hersoqovina - 4, Xorvatiya - 3, Azərbaycan - 1.