AZ

Yevlax rayonunda yol qəzasında yaralanmış şəxs xəstəxanada keçinib

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanmış şəxs xəstəxanada keçinib.

 Yevlax rayon Əxşəm kənd yolunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında göstərilən tibbi yardımlara baxmayaraq, ölüb.

Xatırladaq ki, martın 28-də baş vermiş qəza nəticəsində ümumilikdə altı nəfər xəsarət almışdı.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
262
3
7news.az

10Mənbələr