AZ

Səudiyyə Ərəbistanının Kralı Prezidenti İlham Əliyevi təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

 

Sfera.az  AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

 

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

 

Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.

 

Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.

 

Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk.

 

Qardaşınız,

 

Salman bin Əbdüləziz Al Səud

 

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı".

Seçilən
178
47
sfera.az

10Mənbələr