AZ

Biləsuvarda polis əməliyyatı - narkotik vasitə və silah-sursat aşkarlandı

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən38 yaşlı Eldar Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumatagörə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və1 ədəd gecəgörmə cihazı aşkarlanıb.

Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlusilah saxlamaqda şübhəli bilinən Yusif Qurbanov saxlanılıb. Ondan"Makarov"

markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.

Seçilən
254
39
az.trend.az

10Mənbələr