Çin “Çançjen-7A” (Long March 7A) daşıyıcı raketi eksperimental rabitə peykini orbitə çıxarıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Çin İnformasiya İnternet Mərkəzi məlumat yayıb.
İkipilləli raketin buraxılışı Çinin cənubunda Haynan adasındakı Vençan kosmodromundan bazar günü Pekin vaxtı ilə 00:05-də (Bakı vaxtı ilə şənbə günü 20:05-də) həyata keçirilib.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) peykinə təyin olunmuş orbitə uğurla çıxıb. O, çoxdiapazonlu yüksəksürətli peyk rabitə texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.