AZ

İran hökumətinin sözçüsü -Tehranın Trampa cavabı ABŞ-a çatdırılıb

İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və cavab ABŞ-a çatdırılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimeh Mohacerani X-da paylaşım edib.

Fatimeh Mohacerani qeyd edib ki, buna müvafiq olaraq ABŞ-la dolayı danışıqlar gündəliyə daxildir: "Diplomatik proses davam edir".

Qeyd edək ki, martın 27-də İran xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin məktubuna cavabın göndərildiyini bəyan edib.

Seçilən
103
10
day.az

10Mənbələr