AZ

Ölkə çempionatlarında yeni rekord

Misli premyer-liqasının 28-ci turunda “Sumqayıt”ın qonağı olan “Sabah” səfərdə 3:3 hesablı heç-heçəyə imza atıb.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, bu, Bakı klubunun mövsümdə 15-ci bərabərliyi olub.

Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/10), “Bakı” (2012/13) və “Zirə”yə (2020/21) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.

Seçilən
189
34
football-plus.az

10Mənbələr