AZ

Blogerdən ŞOK ƏMƏL: Komandası çempion ola bilmədiyi üçün pişiyi binadan ATDI - VİDEO

Moskvada yaşayan rəssam və bloger İvan Namer sevimli komandası PSJ-nin Fransa çempionu ola bilməməsinə görə hirsini pişiyindən çıxıb.

Musavat.com "Baza" Telegram kanalına istinadən xəbər verir ki, o, 29 mart axşamı sosial şəbəkədə pişiyini üçüncü mərtəbədən atdığı videonu paylaşıb.

Daha sonra Namer bildirib ki, həm PSJ-nin çempionluq şansını itirməsi, həm də pişiyinin tualet qabını bir daha sındırması onu çox əsəbiləşdirib və o, "hisslərinin təsiri altında" bu addımı atıb.

Bloger daha sonra küçəyə düşərək pişiyi götürüb və insanlardan məsələni şişirtməməyi xahiş edən başqa bir video çəkib. Lakin hadisənin şahidləri sakitləşməyib – onlar əvvəlcə polisi çağırıblar, sonra isə bir qadın pişiyi İvandan götürməyi təklif edib ki, bu kimi hallar bir daha təkrarlanmasın.

Bloger razılaşıb və pişiyini ona verib.

Pişik dərhal baytara aparılıb. Hazırda Moskva Prokurorluğu bloger barəsində araşdırmalara başlayıb.

Musavat.com

Seçilən
175
6
musavat.com

10Mənbələr