Azərbaycan Premyer Liqasının 28-ci turunda “Kəpəz” “Səbail”lə qarşılaşıb.
Msport.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər – 1:1.
Görüşdə hesabı gəncəlilər açıb. Fasiləyə 4 dəqiqə qalmış Şevroni Mabatşoev fərqlənib. “Dənizçilər”i məğlubiyyətdən xilas edən qol isə 68-ci dəqiqədə vurulub. Dmitro Litvin baş zərbəsi ilə hesaba tarazlıq gətirib.
Hazırda qərb təmsilçisi 24 xalla doqquzuncu, Bakı klubu 19 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib. “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” – “Sabah” (3:3) oyunlarında qalib müəyyənləşməyib.