AZ

Tramp və Putin bu həftə telefon danışığı planlaşdırır

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında qarşıdakı həftə telefon danışığı ola bilər.

APA-nın xəbərinə görə, Donald Tramp bunu “NBC News” telekanalına müsahibəsində bildirib.

ABŞ Prezidenti yaxın günlərdə rusiyalı həmkarı ilə telefon danışığı planlaşdırdığını söyləyib: “Bu həftə yenidən danışmağı planlaşdırırıq”.

Qeyd edək ki, martın 18-də ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. Dövlət başçıları Ukrayna böhranının tənzimlənməsi, ABŞ-Rusiya münasibətlərinin normallaşması və Yaxın Şərqlə bağlı məsələləri müzakirə ediblər.

Seçilən
216
50
azpolitika.info

10Mənbələr