AZ

"Zirə" doğma meydanda üç xala sevindi

Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, günün son oyunu "Zirə" və "Şamaxı" komandaları arasında olub. Matç ev sahibinlərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Rafael Utziq, Ruan Renato və Salifu Suma vurublar.

"Qartallar" 55 xalla 2-ci, bölgə klubu 28 xalla 8-ci pillədədir.

Günün ilk matçında "Kəpəz" və "Səbail" Tovuzda üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

Seçilən
68
3
publika.az

10Mənbələr