Budapeşt Rusiyanın enerji infrastrukturuna hər hansı hücumu onun suverenliyinə hücum kimi qiymətləndirir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “RİA Novosti”yə müsahibəsində bildirib.
O, enerji təhlükəsizliyinin suverenlik məsələsi olduğunu vurğulayıb.