AZ

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs öldü

Bakının Xətai rayonunda mənzildən kişi meyiti tapılıb.

 

Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Seçilən
258
3
sfera.az

10Mənbələr