AZ

Taksi sürücüləri AYNA-nın qərarlarına etiraz olaraq işə çıxmaqdan imtina edirlər - VİDEO

"Bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qərarlarına etiraz olaraq aprel ayının 2-si fəaliyyət göstərməyəcək".

Demokratikmusavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib.

O bildirib ki, taksi sürücüləri avtobus zolağında sərnişin mindirib düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib düşürdükdə isə 80 manat məbləğində cərimə olunurlar. Bu isə onları maddi zərərə gətirib çıxarır.

Taksi sürücüləri bildirirlər ki, onlara qanuni şəkildə fəaliyyət göstərmək üçün lazım olan fərqlənmə nişanları, sertifikatlar verilsə də, onların iş şəraiti gündən-günə gərginləşir.

Sürücülər tələb edirlər ki, yaşlı insanları, uşaqlı ailələri və ya fiziki imkanları məhdud sərnişinləri daha rahat formada daşımaq mümkün olmalıdır.

Məsələ ilə bağlı AYNA bildirib ki, avtobus zolaqları avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulub, şəxsi avtomobillərin və taksi nəqliyyat vasitələrinin ora daxil olması isə qadağandır.

Qeyd olunub ki, şəhərdə 130-dan çox taksi duracağı mövcuddur. Yeni taksi dayanacaqlarının əsasən universitetlər, ticarət mərkəzləri və nəqliyyat mübadilə məntəqələrinin yaxınlığında təşkil edilməsi nəzərdə tutulur.

Ətraflı süjetdə:

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
225
17
Demokratikmusavat.com

10Mənbələr