ABŞ Prezidenti Donald Tramp ABŞ Konstitusiyasına 22-ci düzəlişlə müəyyən edilmiş qadağaya baxmayaraq, mümkün üçüncü prezidentlik müddəti ilə bağlı söylədiyi fikirlərə ciddi yanaşdığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, NBC telekanalına müsahibəsində bildirib .
“Prezident Donald Tramp Konstitusiyanın qadağan etdiyi üçüncü müddətə Ağ Evdə namizədliyini irəli sürmək imkanını istisna etməyib”, - deyə məlumatda bildirilir.
Tramp “bir çox insanın” dəstəyinə istinad edərək, üçüncü müddətə namizəd olmaq üçün tez olduğunu deyib, lakin gələcəkdə mümkünlüyünü istisna etməyib.
O, mövcud qanuni məhdudiyyətlərdən yayınmağın potensial yollarının olduğunu qeyd edib.